Conni Depp haqqında yeni iddia: “Amberi çarpayıya atıb gecə paltarını cırdı və...”

Conni Depp haqqında yeni iddia: “Amberi çarpayıya atıb gecə paltarını cırdı və...”
Məşhur aktyor Conni Depp ilə həyat yoldaşı Amber Hard arasında məhkəmə çəkişməsi davam edir.
 
Sfera.az bildirir ki, Virciniya ştatında baş tutan məhkəmədə Amber Hördün şahidləri danışıblar. Onlardan biri də psixoloq Davn Hyuc olub. Onun şahidliyi zamanı Hördün bəzən gözlərini yumduğu və vaxtaşırı göz yaşlarına boğulduğu müşahidə edilib.
 
Məişət zorakılığı üzrə ekspert kimi tanınan Hyuc Depp tərəfindən edilən cinsi zorakılıq nümunələrini sadalayıb. Psixoloq Conni Deppin spirtli içki və ya narkotikin təsiri altında olarkən Hördə zorla sahib olmaq istədiyini iddia edib. Onun sözlərinə görə, bir gün həddindən artıq sərxoş olan Depp Amberi çarpayıya itələyərək gecə  paltarını çıxarıb və onu cinsi əlaqəyə məcbur edib. Hyuc deyib ki,  belə cinsi zorakılıq halları bir neçə dəfə baş verib. Mütəxəssis bu anları "sevgi” deyil, "Deppin hakim olduğu anlar" kimi qiymətləndirib. Psixoloqun ifadəsinə görə, Depp, iradəsinə zidd olaraq Amberlə birlikdə olmaq istəsə də, uğursuz olduqda, daha da qəzəblənir və onu günahlandırmağa başlayırdı.

Məhkəmə zamanı Depp haqqında başqa bir iddia da ortaya atılıb. Conninin obsesif qısqanc olduğu bildirilib. Qeyd olunub ki, Depp çəkildiyi filmlərdə Amberin kamera qarşısına çılpaq çıxmasını istəməyib. Deppin qısqanclığı bununla məhdudlaşmayıb. O, Hördün bəzi aktyorlarla birgə rol almasını da istəməyib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR