ABŞ-Ermənistan müqaviləsi Azərbaycan üçün nə vəd edir? – AÇIQLAMA

ABŞ-Ermənistan müqaviləsi Azərbaycan üçün nə vəd edir? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ABŞ və Ermənistan arasında nüvə əməkdaşlıq sazişi imzalanıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ dövlət katibi Antoni Blinken enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq və iki xalq arasında iqtisadi və diplomatik əlaqələri daha da gücləndirmək istədiyini bildirib.

Maraqlıdır, ABŞ-Ermənistan yaxınlaşmasına Rusiyanın münasibəti necə olacaq? Tərəflər arasında imzalanan saziş özündə nəyi ehtiva edir? 

Məsələ ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov ABŞ-ın Ermənistanda güclənmə istəyinin olduğunu deyib. Ekspert yeni sazişin arxa planında bir neçə məsələnin dayandığını bildirib:

"Rusiya Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın Ermənistanla yaxın münasibət qurmağına razı deyil. Xüsusilə indi, münasibətlərin gərgin olduğu vaxtda bu narazılıq aktualdır. Rusiya II Qarabağ müharibəsi zamanı bəzən geri addım ataraq, məsələlərə çox da müdaxilə etməyərək, əslində Ermənistana dərs verməyə çalışırdı. İndi isə Ermənistan ABŞ-la strateji müttəfiqliklə bağlı müqavilə bağlayıb. Aydın məsələdir ki, müqavilənin şərtində əsas hədəf ABŞ-ın Ermənistanda daha da güclənməsindən ibarətdir. Cənubi Osetiya və Abxaziya, Qarabağda münaqişəli məsələlər sonlanmadığı üçün Ermənistan ABŞ-a görə strateji əhəmiyyət daşıyır. Ermənistanın İranla sərhəd olması da ABŞ-ın maraqlarını təmin edir. İmzalanan müqavilənin şərtlərində iqtisadi-siyasi, enerji sahəsində əməkdaşlıqdan söz açılır”.

Politoloq Ermənistan-ABŞ yaxınlaşmasının Azərbaycan üçün əhəmiyyət daşıyacaq tərəfindən də söz açıb:

"Arxa planda digər məqsəd Azərbaycanın enerji resurslarının Qərb bazarına çıxarılmasıdır. Ermənistanla münasibətlərin qurulması, ABŞ nümayəndə heyətinin Azərbaycana səfər etməsindən aydın olur ki, ABŞ tərəflər arasında sülhün əldə olunmasında maraqlıdır. Ona görə ki, ABŞ Xəzər hövzəsindən daha çox enerji resursları idxal etmək niyyətindədir. Rusiyanın belə məqamda sakit dayanacağı gözlənilmir. Çox güman ki, Azərbaycan-Ermənsitan sərhədində,  rus sülhməramlılarının yerləşdiyi Qarabağ ərazisində də gərginləşmə, atəşkəsin pozulması gözləniləndir. Ermənistanda isə Paşinyana qarşı etirazlar daha da alovlanacaq. Artıq məlumat var ki, Paşinyana qarşı etirazlara Robert Köçəryan da qoşulub. Bu, Köçəryanın Paşinyana bir növ "buynuz” göstərməsidir. Düşünürəm ki, Rusiya bütün gücünü ortaya atacaq ki, provakasiya olsun. Lakin bunun Ermənistan-ABŞ münasibətlərinə təsiri olmayacaq”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...