Ərdoğan suriyalıları geri göndərməyə hazırlaşır – Seçkilərdə vəziyyət dəyişəcək?

Ərdoğan suriyalıları geri göndərməyə hazırlaşır – Seçkilərdə vəziyyət dəyişəcək?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1 milyon suriyalını öz ölkələrinə göndərmək üçün layihə hazırlandığını bildirib.
 
Ərdoğan çıxışında Suriyanın ən qısa zamanda etimad, sülh və sabitlik mühitinə çatmasını, hər bir qaçqının evini, torpağını, işini tapmasını arzulayıb.
Qeyd edək ki, suriyalıların Türkiyədə çox olmasının 2023-cü il prezident seçkiləri zamanı Ərdoğan üçün mühüm dəstək olduğu ifadə edilirdi. Prezidentin yeni layihə ilə bağlı açıqlama verməsi isə seçki nəticələrində dəyişikliklərin ola bilməsi ehtimalını artırıb.

Maraqlıdır, Ərdoğanın suriyalıları yenidən Suriyaya qaytarmaqda məqsədi nədir? Ümumiyyətlə, Suriyaya könüllü qayıdış ola bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri suriyalıların Ərdoğana etimad məsələsində mühüm rol daşımayacağını deyib. Ekspert mitinqlər zamanı suriyalıların aktiv ola biləcəyinə diqqət çəkib:

"Suriyalılar Türkiyədə yaşasalar da, vətəndaşlıq daşımırlar və səs vermə hüququna malik deyillər. AKP-nin suriyalıların səsindən istifadə edəcəyi ilə bağlı fikirlər sadəcə təşviqat yaratmaq üçündür. Suriyalılar seçki proseslərində mitinqlərə cəlb oluna bilər ki, bu da say çoxluğu görüntüsü yaratmaq üçün gözləniləndir. Lakin düşünürəm ki, Türkiyədə indiki müxalifətin birliyi fonunda Ərdoğan və onun iştirak etdiyi Cümhur İttifaqının buna ehtiyacı yoxdur. Aparılan sorğularda da etimad məsələsi məhz Ərdoğan üçün üstünlük təşkil edir”. 

Politoloq suriyalıların gələcəkdə Suriyadakı seçki prosesinə təsir edə biləcəyini deyib:

"Suriya əhalisinin geri qaytarılması məsələsinə gəldikdə isə əsas hədəflərdən biri Türkiyənin yükünü azaltmaqdan ibarətdir. Zaman-zaman Türkiyədə türklərlə suriyalılar arasında münaqişə yaratmaq üçün təxribatlar törədilib. İndi də Türkiyəni qarışdırmaq üçün NATO strateji müttəfiqlərin bu yöndə addımları atılır. Türkiyə tədricən bu problemdən azad olmaq istəyir. Suriyada gələcəkdə yeni konstitusiya qəbul olunduqdan sonra perspektivdə BMT-nin nəzarəti altında keçiriləcək seçkilər də önəmlidir. Bu mənada əhalinin Suriyada yerləşdirilməsinə ehtiyac var ki, seçki nəticələri inandırıcı olsun. Belə olacağı təqdirdə, Türkiyənin nəzarətindəki ərazilərdə olan suriyalılar Türkiyənin istədiyi siyasi qüvvələrə dəstək verəcəklər”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ağstafada sürücü qardaşını vuraraq öldürdü

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.   Sfera.az "Report"a istinadən xəbər ver...

Aeroporta gedənlərin NƏZƏRİNƏ: Bəzi qadağalar QÜVVƏYƏ MİNDİ

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsəd...

Bakıda ağır qəza - Ölən və yaralananlar var

Ötən gecə aeroport şossesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.   Sfera.az APA-ya istinadən xəbər verir k...

Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik - XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. &nb...

Azərbaycanlıların olduğu avtobus qəzaya düşdü - 40-dan çox yaralı var - FOTO

Misirin Ras Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ...

Müəmmalı şəkildə yoxa çıxan tarixi əsərlər - FOTOLAR

Arxeoloji tədqiqatlar nəticəsində bir çox tarixi əsərlər üzə çıxarılır. Lakin bəziləri üzə çıxsa və lazımi qaydada qorunsa da, müxtəlif səbəblərdən yoxa çıxır. ...