Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi
"Azərbaycan təhsilinin son 50 ildəki inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 70-ci illərdə məktəb şəbəkəsinin genişləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır:

"Belə ki, hazırda ölkədə 4400 məktəb fəaliyyət göstərirsə, 70-ci illərin əvvəllərində bu say 765, 1970-ci illərin sonunda isə 2 117 idi. Bu da o deməkdir ki, bu göstərici üç dəfə artmışdı. Bundan başqa, ölkədə ali təhsillilərin sayı 70 mindən 100 minə kimi artıb”.

E.Əmrullayev qeyd edib ki, ulu öndərin təhsil sahəsindəki siyasəti onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Xaricdə təhsil proqramından yararlanan bir azərbaycanlı kimi qeyd edə bilərəm ki, bu, təhsil almaq imkanı baxımından gözəl şəraitdir”.

"Təhsil sahəsindəki təşəbbüsləri sonrakı 50 ildə daha aydın görmək mümkündür. İndiki gənc nəsil onlar üçün yaradılan bütün şəraitdən lazımi səviyyədə istifadə etməlidir. Azərbaycan cəmiyyətinin yeni şanlı səhifəsi açılıb. Azərbaycan məktəbinin məzmunu Zəfərin öyrənildiyi yerdədir. Şuşa və Ağdamda məktəblər inşa edilir. Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək və orada da zəng çalınacaq”, - nazir əlavə edib. (Report)
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...