Flora Kərimova gənclik halını tənqid edənlərə cavab verdi: "Çirkin uşaqlığım olubsa..."

Flora Kərimova gənclik halını tənqid edənlərə cavab verdi:
Xalq artisti Flora Kərimova gənclik halını tənqid edənlərə cavab verib.
 
Sfera.az bildirir ki, müğənni son zamanlar sosial şəbəkələrdə yayılan video görüntülərini paylaşaraq həmiz zaman 14 yaşı olduğunu vurğulayıb:

"Anam əynimdəki çit donu əlləri ilə tikmişdi. Kimsə də üzərimə sari dolamışdı. İndiyə kimi səbəbini də bilmirəm. Mənim üçün o an, o səhnədə olmaqdan daha ali bir hiss ola bilməzdi. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi nəhənglər ilə səhnənin arxasında növbəmi gözləyirdim…Tək elə bu mənə yetirdi ki, həyəcandan heç nə düşünə bilməyim. Əlbəttə ki, indiki gəncliyə hər şey asan başa gəlir. Əldə olunan o "asanlıq” nəyin bahasına oldu?  Arada vicdanınızı silkələyin!”.

Xalq artisti heç vaxt keçmişindən utanmadığını əlavə edib:

"Deyəcəyim hər sözü  düşünüb danışıram. Çirkin uşaqlığım olubsa, bu mənim günahım deyil. Ezop demiş: "Şikayətiniz mənədir, yoxsa yaradanıma?””.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR