Kıvanç Tatlıtuğdan etiraf: "Ona hər gün yenidən aşiq oluram"

Media
16:20 / 02.05.2022
1052
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ münasibətdə davamlılığın sirrini açıqlayıb.
Sfera.az bildirir ki, o, "L'Officiel” jurnalına verdiyi müsahibəsində həyat yoldaşı Başak Dizere olan eşqini bir daha elan edib. O, Dizeri hər gün başqa cür sevməyi öyrəndiyini söyləyib:
"Bir insanı sevmək onun xoşbəxtliyi üçün səy göstərdiyiniz zaman başlayır. Gözlərindəki xoşbəxtliyi hiss edəndə qarnım tox olur. Bu, belə bir şeydir. Ən əsası onun etdiklərini, seçimlərini dəstəkləməkdir. Əks halda hamı evlənir. Evlənirsən... Əsas odur ki, davam etsin”.
Məşhur aktyor fikirlərinə bu cür davam edib: "Çox sevmək kifayət olmur və bu, davamlı deyil. Nəhayət, yorulursan, özündən və qarşıdakı insandan bezirsən... Hər gün fərqli sevməyi öyrənmək yenilik və eyni zamanda əmək tələb edən bir şeydir”.
Türkan
Sfera.az