Hadisə gizli evləndi - FOTO

Hadisə gizli evləndi - FOTO
Türkiyəli müğənni Hadisə haqqında yeni iddia irəli sürülüb.

Sfera.az bildirir ki, ifaçının sevgilisi, iş adamı Mehmet Dinçerlerlə ötən gün nikah masasına oturduğu qeyd olunub. Məlumata görə, toy ailə arasında sadə mərasimlə baş tutub. İddialara əsasən, "Çırağan” sarayında bir-birlərinə "hə" deyən sevgililər qonaqlardan sosial şəbəkədə foto paylaşmamalarını istəyib.

Xatırladaq ki, bir ilə yaxındır sevgili olan Hadisə Açıkgöz və iş adamı sevgilisi Mehmet Dinçerler evlənmək qərarına gəliblər. Hadisə ötən ilin yanvarında barmağındakı üzüyü göstərən video ilə fanatlarına evlənəcəyini açıqlayıb. Martın 15-də ailə mərasimi ilə nişanlanan məşhur cütlük evliliyə ilk addımını atıb. Hadisə nişan mərasimindən heç bir görüntünün sızmaması üçün əməkdaşlarına məxfilik müqaviləsi bağlatdırıb.

 
Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR