Avropada inflyasiya 7,5 faizə yüksəlib - Azərbaycanda bu rəqəm necədir?

Avropada inflyasiya 7,5 faizə yüksəlib - Azərbaycanda bu rəqəm necədir?
Avrozona ölkələrində aprel ayında illik inflyasiya 7,5 faizə yüksəlib.

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Avrostat açıqlayıb. 

Qurumun məlumatına görə illik əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi artıb. Bu ilin yalnız aprelində qiymətlər 0,6 faiz yüksəlib.

Xatırladaq ki, bir il əvvəl avrozona ölkələrində illik qiymət artımı 1,6 faiz idi. 

Müqayisə üçün bildirək ki, Azərbaycanda mart ayında illik inflyasiya 12,1 faiz olub.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR