Rublda bahalaşma davam edir - Sanksiyalar fayda vermir

Rublda bahalaşma davam edir - Sanksiyalar fayda vermir
Son bir ayda dünyada ABŞ dollarının bahalaşması müşahidə edildiyi halda Rusiyada əks proses baş verir.
 
Sfera.az xatırladır ki, martın əvvəlində dollar/rubl məzənnəsi 143-ə yüksəldikdən sonra sürətlə enməyə başlayıb və martın sonunda məzənnə 82,5 səviyyəsinə qədər geriləyib. Rusiyada dolların ucuzlaşması prosesi aprel ayında da dayanmayıb və bu günə olan məlumata əsasən məzənnə 70,5 səviyyəsinə düşüb.
 
Rusiyada dolların ucuzlaşması hökumətin və Mərkəzi Bankın sərt inzibati və maliyyə tədbirləri ilə yanaşı, ölkənin enerji sektoru üzrə gəlirlərinin artmasına da kömək edib.
 
Belə ki, sanksiyalar Rusiyadan enerji məhsullarının idxal miqdarını azaltsa da qiymətlərin artması bu azalmanı artıqlaması ilə kompensasiya edib.
 
Müharibə başlayandan Rusiya Avropa İttifaqına 46 milyard dollarlıq enerji məhsulları satıb. Bu məbləğ 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artım deməkdir.
 
Rusiyanın ixrac gəlirləri artmaqla bərabər idxalında azalma müşahidə edilir. Xarici ticarətin bu vəziyyəti xarici ticarətdə müsbət saldonu artırır ki, bu da rublu gücləndirir.
 
Vasif
Sfera.az     
  
 

OXŞAR XƏBƏRLƏR