Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər
Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm rol oynayır. Hava, torpaq, od və su qrupları öz aralarında yaxşı harmoniyaya malikdir. Bəs, eşqdə mükəmməl harmoniyanı təmin edən bürclər hansılardır?
 
Sfera.az bildirir ki, astrologiyada birlikdə gözəl münasibət quran bəzi bürclər var. Hər nöqtədə uyğun gələn bu bürclər bərabər olan zaman bir-birindən əsla ayrıla bilmirlər. Münasibətlərdə böyük harmoniya tapan o bürcləri təqdim edirik:

Qoç və Buğa – Bu bürcləri xüsusiyyətlərinə görə heç vaxt yan-yana düşünmək olmur. Bununla belə, onlar mükəmməl cütlük ola bilərlər. Qoçun canlı və şən təbiəti, buğa bürcünün tənbəl ruhunu aktivləşdirə bilər. Hər ikisi sabit əlamətlər olduğundan, münasibətlərində sadiq olmağa dəyər verirlər. Ona görə də bir-birindən asılıdırlar.

Əkizlər və Şir - Şir bürcünün cazibəsi, canlılığı, cəsarəti, iddiallığı və şirin sözləri Əkizlər bürcünü dərhal heyran edə bilər. Əkizlər bürcünün ekstravert, sosial və danışqan xarakteri Şir bürcünə həmişə yaxşı gəlir. Bu iki bürc bir yerə gəldikdə çox əylənir - daim səyahət edirlər və aralarındakı söhbət heç vaxt bitmir. Buna görə də onların münasibətləri əbədidir.

Xərçəng və Əqrəb - Astrologiyanın ən mükəmməl cütlüklərindən biridir. Əqrəb ehtiraslı və emosional münasibətləri sevir, həmişə qayğısına qalınmasını istəyir. Xərçəng bürcləri də əqrəbin bu ehtiyacını çox asanlıqla qarşılayır. Həmişə emosional və romantik olan xərçəng, əqrəbin ideal tərəfdaşıdır.

Tərəzi və Dolça - Çox yaxşı anlaşırlar. Ağıllı və başqalarından fərqli davranan dolça tərəzi bürcü olan insanların diqqətini dərhal cəlb edir. Tərəzi bürcünün ədalətli tərəfi dərhal dolça bürcünə təsir edir. İkisi bir araya gəldikdə, gözəl və ahəngdar bir əlaqəyə sahib olurlar.
Balıqlar və Oğlaq - Bir-birini tamamlayaraq ideal münasibət yaradırlar. Oğlaq həyatını işinə görə istiqamətləndirir, onun məqsədi həmişə uğura əsaslanır. Balıq bürcü olan insanlar oğlaq bürcünün bu qətiyyətli təbiətinə heç vaxt etiraz etmirlər. İkisi bir yerdə olanda hər şey yaxşıdır.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR