Banklar əmanət faizlərini artırır – SƏBƏBLƏR

Media
14:06 / 28.04.2022
2024
Azərbaycanın kommersiya bankları əhalidən cəlb etdikləri əmanətlər üzrə illik faiz dərəcələrini tədricən artırır.
Sfera.az xəbər verir ki, bir müddət öncəyə qədər əmanətlər sistem əhəmiyyətli banklar tərəfindən illik 6 faizlə qəbul edirdisə, hazırda 6-7 faizlə, orta ölçülü banklar tərəfindən 7-8 faizlə qəbul edildiyi halda indi 9-10 faizə, kiçik banklar isə 10-11 faizə qəbul edir.
Əmanət faizlərinin artırılmasını Mərkəzi Bankın yürütdüyü sərt pul-kredit (monetar) siyasət ilə əlaqələndirmək olar. Azərbaycanda yüksək inflyasiya olduğundan Mərkəzi Bank monetar tədbirlərini sərtlərşdirib və buna uyğun olaraq uçot dərəcəsi yüksəldilib.
Amma sərt monetar siyasətdə sadəcə uçot dərəcəsi artırılmır. Bunun üçün digər tədbirlər, o cümlədən əmanət və kredit faizlərinin artırılması, məcburi ehtiyat normasının artırılması kimi tədbirlər də görülür.
Əmanət faizləri artırıldıqda əhali qənaət etdiyi pulun daha çox hissəsini banklara yerləşdirir və bu, əhalinin çox pul xərcləməsinin qarşısını alır.
Kredit faizlərinə təsir edən digər amil məcburi ehtiyat normasıdır. Bu norma cəlb edilən vəsaitlərin bankda məcburi yaradılan ehtiyatlarını məyyənləşdirir. Məcburi ehtiyat norması artırıldıqda banka qoyulan pulların daha az hissəsi kredit kimi istifadə edilə bilir ki, bu da kreditləri bahalaşdırır.
Hazırda fiziki şəxslərdən manatla cəlb edilən vəsaitlərdə məcburi ehtiyat norması 0,5 faizdir, xarici valyutada isə 1 faizdir. Amma məcburi ehtiyat norması 2014-2015-ci illərdə 2-3 faiz, 2008-ci ildə 6-8 faiz olub.
Vasif
Sfera.az