Conni Deppdən keçmiş həyat yoldaşı ilə bağlı yeni iddia: “Yatağıma insan nəcisi qoyub...”

Conni Deppdən keçmiş həyat yoldaşı ilə bağlı yeni iddia: “Yatağıma insan nəcisi qoyub...”
Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı Amber Hörd haqqında dedikləri gündəmdən düşmür.
 
Sfera.az bildirir ki, aktyor bu dəfə də məhkəmə prosesində ağlasığmaz faktlar açıqlayıb. Belə ki, Conni "Coachella” Musiqi Festivalına qatıldığı zamanlarda, mühafizəçiləri Sen Bitin ona bəzi narahatedici görüntülər göndərdiyini söyləyib. 

"Absurd, iyrənc və dəhşətli xəbər aldım və fotonu görəndə problemin nə olduğunu anladım", - deyən Depp Amberin çarpayının ona aid olan hissəsinə insan nəcisi qoyduğunu deyib. 

"Şoka düşdüm və vəziyyətin qəribəliyinə güldüm". 

Aktyor həmin gün bu mənzərə qarşısında evə getməkdən vaz keçdiyini bildirib.

Hollivud ulduzu, həmçinin Hördün onu davamlı olaraq təhqir etdiyini və ondan reaksiya almaq üçün tez-tez zorakılığa əl atdığını deyib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR