Meqan Foks nişanlısının qanını içdiyini açıqladı: "Ritual məqsədilə edirik"

Meqan Foks nişanlısının qanını içdiyini açıqladı:
Məşhur aktrisa-model Meqan Foksun son açıqlaması gündəm olub.

Sfera.az bildirir ki, model "Glamour UK”ə verdiyi yeni müsahibəsində nişanlısı Machine Gun Kelly ilə bir-birlərinin qanını içdiklərini deyib.  35 yaşlı ulduz fikirlərini bu cür ifadə edib: 

"Bir-birimizin qanını içmək məsələsi insanları çaşdıra bilər və ya bizi bəlkə də qədəhlərlə xəyal edirlər. Biz "Game of Thrones”dakı kimi bir-birimizin qanını içirik”.

Foks içilən qanın sadəcə bir neçə damla olduğunu vurğulayıb: "Bəli, ara-sıra sadəcə ritual məqsədilə bunu edirik”.

Qeyd edək ki, Meqan nişanlandığını elan edən zaman da sevgilisi ilə bir-birilərinin qanını içdiklərini etiraf etmişdi. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR