Ağstafada bədbəxt hadisə - Qatar kişini vurdu

Ağstafada bədbəxt hadisə - Qatar kişini vurdu
Ağastafada yük qatarının vurduğu piyadanın kimliyi məlum olub.
 
Xəsarət alan Köçəsgər kənd sakini 1975-ci il təvəllüdü Məmmədov Niyazdır.

O dəmir yolu ilə gedən zaman qatar vurub. Məlumata görə o, həmin vaxtı sərxoş olub.
 
Xəstəxanaya yerləşdirilən N.Məmmədovun vəziyyətinin kafi olduğu bildirilir.
 
***

Ağstafada qatar piyadanı vurub.
 
Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmiryolu xəttinin rayonun Köçəsgər kəndindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan qatar bir kişini vurub.
 
Yaralı xəstəxanaya çatdırılıb./APA/  

OXŞAR XƏBƏRLƏR