Ər-arvad istirahətdən qayıdarkən ölübmüş - TƏFFƏRRÜAT

Ər-arvad istirahətdən qayıdarkən ölübmüş - TƏFFƏRRÜAT
Kürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının qonaqlıqdan qayıdarkən qəzaya düşməsi məlum olub.

Sfera.az xəbər verir ki, Bakı-Qazax magistralının 204-cü kilometrliyində "Toyota RAV4” markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də istirahət məqsədilə Naftalana gedib. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər və qonaqlıqda iştirak ediblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.

İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hakim özü barəsində qərar qəbul etdi

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.   Sfera.az Modern.az-a istinad...

Ötən il 90 şagird attestat ala bilməyib

2024-cü ildə Bakıdakı ümumtəhsil müəssisələrini 28 min 203 şagird bitirib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. ...

Pul, sevgi, tanışlıq - Bürcləri bu gün nə gözləyir?

Pluton bu gün stasionar vəziyyətdən çıxaraq retrograd hərəkətinə başlayır. Onun intensiv və mürəkkəb enerjisi güclü şəkildə hiss olunur. Bu retrograd hərəkət 13...

Bakıda yeni hava limanı tikilir - Bu ünvanda

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.   Sfera.az xəbər verir ki, bu sözləri  Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) S...

Tramp yeni təhlükəsizlik müşaviri seçəcək

ABŞ Prezidenti Donald Tramp altı ay ərzində yeni milli təhlükəsizlik müşaviri təyin etməyi planlaşdırdığını bildirib.   Sfera.az  “İnterfa...

Netanyahunun Azərbaycan səfəri nə üçün təxirə salındı? - "Türkiyənin icazəsi..."

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Rəsmi izahatda əsas səbəb kimi Qə...