Livanda gəmi faciəsi: Matəm elan edildi

Hadisə
18:16 / 24.04.2022
1461
Livanın baş naziri Nəcib Mikati aprelin 24-də Tripoli sahillərində suriyalı qaçqınların olduğu gəminin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə bazar ertəsi (25 aprel) ölkədə milli matəm elan edib.
Tripoli limanının direktoru Əhməd Tamerin sözlərinə görə, tutumu 30 nəfər olan qayıq həddindən artıq yüklənib. Kiprə getməyə çalışan qaçqınların dəqiq sayı hələ müəyyən edilməyib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.