Kiber hücumların sayı kəskin artıb - Nazir açıqladı

Kiber hücumların sayı kəskin artıb - Nazir açıqladı
"Əvvəllər kiber hücumlar hər 40 saniyədən bir həyata keçirilirdisə, indi bu hadisə 11 saniyədən bir baş verir”.
 
Sfera.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
 
Nazir qeyd edib ki, paralel olaraq internetə qoşulan cihazların sayı da artıb:
 
"Əgər 2016-cı ildə 11 milyard cihaz qlobal şəbəkəyə qoşulmuşdusa, hazırda bu rəqəm 80 milyarddır. İndiyə qədər kiberhücumlar dünya iqtisadiyyatına 6 trilyon ABŞ dolları ziyan vurub. Bu isə qlobal ümumi daxili məhsulun (ÜDM) 6 faizi, ABŞ və Çindən sonra 3-cü böyük iqtisadiyyat deməkdir”.  
 
Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR