Müharibədən sonra Ermənistana və Gürcüstana kütləvi köç edənlər kimlərdir? – “Azərbaycana ailəlikcə gəlirlər...”

Müharibədən sonra Ermənistana və Gürcüstana kütləvi köç edənlər kimlərdir? – “Azərbaycana ailəlikcə gəlirlər...”
"İT şirkəti olan EPAM-ın minlərlə mütəxəssisi Rusiya -Ukrayna müharibəsindən sonra didərgin düşüb”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O, İT mütəxəssislərin köç halında Ermənistan və Gürcüstana getdiyini bildirsə də, Azərbaycanın bu siyahıda yer almadığını deyib:

"İT sektora çox tanış olan bir amerikan şirkəti var, EPAM. Onun bütün dünyaya səpələnən ofislərində bəlkə də yüz minlərlə İT mütəxəssisi çalışır. Əsasən qlobal şirkətlərin, xüsusilə də "Google”un sifarişlərini yerinə yetirirlər. Son illərdə bu şirkətin Rusiyada, Ukraynada, Belarusda və Özbəkistanda olan ofislərində təxminən 50 min İT mütəxəssis çalışırdı. Bu nəhəng amerikan şirkəti Rusiya-Ukrayna müharibəsi başlayan kimi Rusiyada fəaliyyətini dayandırıb. 

Verilən məlumatlara görə, EPAM şirkəti daha münbit şərait olan ölkələrə üz tutduqlarını bildirib. Bu sırada isə əsasən Gürcüstan, Ermənistan və s. ölkələr əsas yer tutur . Maraqlıdır ki, EPAM təkcə Özbəkistan ofisinə 1000 nəfərədək mütəxəssisi köçürə bilib. Mütəxəssilərin və onların ailələrinin miqrasiya xərclərini şirkət özü qarşılayıb. Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu yaxınlardakı çıxışında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkəyə 3000-dən çox İT mütəxəssisin köç etdiyini açıqlayıb. 

Xatırladıram ki, son bir neçə ildə bu ölkədə İT və startap ekosistem üçün xeyli münbit şərait yaradılıb. Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan və Ermənistana da ümumilikdə 20 mindən çox İT mütəxəssislərin gəldiyi haqqında məlumatlar verilib. Ermənistan İT rəsmilərinin çıxışlarından görmək olar ki, bu ölkəyə bütöv İT şirkətlər miqrasiya edir”.  

Ekspert İT mütəxəssislərinin öz təşəbbüsləri ilə Azərbaycana gəlməsindən də danışıb:

"Bildiyim qədər, kollektiv formada, hökumətin dəvəti ilə ölkəmizə hər hansı İT köç baş verməyib. Öz təşəbbüsləri ilə, hətta ailəlikcə köçənlərin olduğu bildirilir. Onlar ölkəmizdə əsasən frelance olaraq, distant formada işləyirlər.
Hökumətin bu istiqamətdə müəyyən düşüncələri, müzakirələri olsa da və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə "Relokasiya Azərbaycan” adlı bir internet resurs hazırlansa da, xarici İT mütəxəssislərin ölkəmizə kütləvi köçü, relokasiyası baş verməyib.

Bir daha xatırlatmaq istərdim ki, İT eksport Gürcüstanda təxminən 300 milyon, Ermənistanda 0.5 milyard, Ukraynada 7 milyard dollar civarındadır.

Son zamanlar baş verən relokasiya prosesləri isə onu deməyə əsas verir ki, yaxın zamanlarda adı çəkilən ölkələrdə İT sektorda çox ciddi irəliləyişlər ola bilər. Biz isə təəssüf ki, çox gecikirik”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...