“Qəbul imtahanları Təhsil Nazirliyinə verilməlidir” - SƏRT AÇIQLAMA

“Qəbul imtahanları Təhsil Nazirliyinə verilməlidir” - SƏRT AÇIQLAMA
"24 mindən çox şəxs bu il 0-50 bal aralığında nəticə göstərib. Demək ki, təhsil maşını işləmir, motoru, siqnalı var, amma təkəri yoxdur”.

Sfera.az xəbər evrir ki, bu sözləri  açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

O, təhsil sahəsində tətbiq edilən imtahan prosesinin köklü dəyişikliyə ehtiyacı olduğunu söyləyib:

"Qəbul üzrə aparılan imtahan prosesi yenilənməlidir. 24 mindən çox şəxs bu il 0-50 bal aralığında nəticə göstərib. Demək ki, təhsil maşını işləmir, motoru, siqnalı var, amma təkəri yoxdur. Ona görə də irəliləyə bilmir. Dövlətin təhsilə ayırdığı vəsait biliyə çevrilmir.

Dünyanın 190 ölkəsində tətbiq edilən təhsil modeli bizdə də işə yarıya bilər. Mən hər zaman Məleykə Abbaszadəyə demişəm ki, o, təhsil siyasətinin yarısını öz əlində saxlayır. Bu işlə təhsil naziri məşğul olmalıdır. Ona görə də ölkəmizdə çox mürəkkəb sistem yaranıb”.

Şahlar Əsgərov çıxış yolunu bu şəkildə görür:

"İmtahan prosesi Təhsil Nazirliyinə verilməlidir. Mürəkkəb sistemlər nəzəriyyəsi var, burada deyilir ki, sistem nə qədər parçalanarsa, o dərəcədə idarəolunmaz hala gələcəkdir. Bizim ölkəmizdə təhsil sistemi parçalanıb. İmtahan götürən insanlarla, onun proqramını hazırlayanlar ayrı-ayrı mövqelərdədir. Təhsili bu cür idarə etmək olmaz”. (AzEdu.az)

OXŞAR XƏBƏRLƏR

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...

Mirziyayev Azərbaycana yola düşdü

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana dövlət səfərinə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mə...