Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalandı - FOTO

11:45 / 21.04.2022
821
Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.
Sfera.az-ın Qərb bürosunun məlumatına görə, rayon sakini Əlləzov Kənan gecə saatlarında rayonun Köçəsgər kənd sakini Habil Ələkbərova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq işığı söndürüb, daha sonra qəsdlə həyətdə səs salaraq ev sahibinin evdən çıxmasını təmin etmək istəyib ki, H. Ələkbərov evi tərk etsin və K. Əlləzov evə daxil ola bilsin. Lakin ev sahibi ilə rastlaşanda ona əlindəki dəmir alətlə xəsarət yetirib qarşılığında isə ev sahibi əlindəki balta ilə ona xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Hadisə yerindən K.Əlləzova məxsus maska, əlcək və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Ev sahibi hazırda xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Cinayəti törətməkdə şübhəli bilinən Əlləzov Kənan isə saxlanılaraq istintaqa təhvil verilib.