Yeni mənzillərin bahalaşmasının səbəb bunlardır - QİYMƏTLƏR NƏ QƏDƏR ARTIB?

Yeni mənzillərin bahalaşmasının səbəb bunlardır - QİYMƏTLƏR NƏ QƏDƏR ARTIB?
2022-ci ilin ilk aylarında Azərbaycanın mənzil bazarında bahalaşma sürətinin güclənməsi müşahidə edilir.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, birinci rübdə mənzillərin dəyəri əvvəlki ilin birinci rübünə nisbətən orta hesabla 4,7 faiz yüksəlib.
Bu il bahalaşma ilkin (yeni tikilən) mənzil bazarında daha güclü olub. Burada mənzillərin dəyəri 6,1 faiz artıb.

Təkrar mənzil bazarında isə qiymətlər 4,7 faiz yüksəlib.

Qeyd edək ki, ilkin mənzil bazarında bahalaşma sürətinin böyük olması tikinti materiallarının qiymətinin 15 faizdən çox artması ilə bağlıdır. Tikinti materiallarının bahalaşması yeni tikililərin maya dəyərinin yüksəlməsinə səbəb olur.


Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR