50 min nəfər niyə biabırçı nəticə göstərdi? - Buraxılış imtahanlarından bəzi sualların çıxarılması təklif olunur

50 min nəfər niyə biabırçı nəticə göstərdi? - Buraxılış imtahanlarından bəzi sualların çıxarılması təklif olunur
Builki buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası, təxminən 300 nəfər 0 bal nəticə əldə edib. 10 800 nəfər isə 200 baldan yüksək nəticə göstərib. 
 
Qeyd edilən bu hal  bir müddətdir sosial mediada tənqid olunur. Bildirilir ki, buna səbəb uşaqlar arasında "Tik-Tok” kimi sosial şəbəkələrə meylin artması, o cümlədən distant təhsilə görə şagirdlərin dərsə olan marağının azalmasıdır.

Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, istər 9-cu, istərsə də 11-ci siniflərin buraxılış imtahanlarında çətinliklər yaradan məsələ situasiya tipli suallardır:

"Yəni yazılması birbaşa imtahan iştakçısı tərəfindən tələb olunan suallar var ki, onların cavablandırılması uşaqlara çətinlik törədir. Onlar daha çox qapalı tipli testləri həll edə bilirlər, açıq və situasiya tipli sualların cavablandırılması isə abituriyentlər tərəfindən faiz olaraq aşağıdır. Bu, ciddi amildir. Hesab edirəm ki, biz buraxılış imtahanlarından bu cür sualları (situasiya tipli)  çıxarmalıyıq. Yalnız qapalı və açıq tipli suallarla uşaqların testlərini biz daha problemsiz yoxlaya bilərik. İllərdir qəbul və buraxılış imtahanlarının nəticələrindən narazıyıq. Buraxılış imtahanlarında test tapşırıqlarının olduğu sual kitabçasının verilməməsi mənfi haldır. Uşaqların yaxşı nəticə göstərməməsinə səbəb həm də bu amildir. DİM test kitabçalarını versə, uşaqlar onun üzərində işləyə bilərlər”.
 
Müsahibimiz bildirib ki, bu gün Azərbaycan məktəblisi demək olar ki, oxumur:

"Vaxtının böyük əksəriyyətini sosial şəbəkələrdə, eyni zamanda internet resurslarında keçirir. Düzdür, pandemiya dövründə onlara kompüter, planşet verəndə bu nəticələr gözlənilən idi. Amma hesab edirəm ki, mövcud problemin yaranma səbəbi məhz bir neçə amillə bağlıdır. Təhsil nazirliyi öz öhdəliyinə düşən yükü qaldırmır –nəticələrin yaxşı olmağında maraqlı olmalıdırlar, amma biz bunu görə bilmirik. Yalnız bir ildən sonra imtahan nəticələrini təhlil edirlər, halbuki operativ olaraq hər imtahandan sonra sualları təhlil etməli, məzmunu ilə əlaqəli iş görməlidirlər. Bu gün uşaqlarımız ciddi şəkildə təhsil uğurlarını hazırlıq kursları və repetitorlar sayəsində əldə edirlər. Məktəblər öz funksiyasını yerinə yetirmir. Gənclərin oxumaqdan daha çox əyləncəyə meyl etdiyini görürük və bu, ciddi problemdir. Fikrimcə, bu vəziyyət yaxın illərdə nəticələrin artmamasına gətirib çıxaracaq. Tədrisin keyfiyyətinin aşağı olması qeyd edilən problemləri artırır”.

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

İşsiz olan şəxslərə MÜHÜM XƏBƏR - İşaxtaranların təxminən 80 faizi... VİDEO

"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev  belə d...

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu ...

Bakı Kiyevə neçə milyonluq yardım edib? - XİN

Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyan...

Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq

30 aprel və 1 mayda keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahalarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.   Sfer...

Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldılır

“Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir”.   Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəs...

İlkin Süleymanov: Xahiş etdim ki, məni buradan uzaqlaşdırsın...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbə...