70 sakin ölümlə üz-üzə - Yaşayış binasının damı və tavanı çöküb, döşəməsi çürüyüb, divarları isə çatlayıb

70 sakin ölümlə üz-üzə - Yaşayış binasının damı və tavanı çöküb, döşəməsi çürüyüb, divarları isə çatlayıb
Kürdəmirdə yaşayış binası qəzalı vəziyyətə düşüb.
 
Sfera.az xəbər verir ki, binanın dam örtüyü və tavanı çöküb, döşəməsi çürüyüb və divarları çatlayıb.

Bina ötən əsrin əvvəllərində qeyri yaşayış binası kimi tikilsə də 70 ilə yaxındır ki, burada 8 ailə və 70-ə yaxın sakin məskunlaşıb. Lakin son 10 ildə bina yararsız hala düşüb.
 
Sakinlər "Report”un yerli bürosuna bildiriblər ki, bina hər an uçma təhlükəsi ilə üz-üzədir: "Bina acınacaqlı vəziyyətdədir. Gecələr evdə qorxudan gözümüzə yuxu getmir. Binanın dağıntılartının altında qalmaqdan qorxuruq. Çünki, yaşamaq üçün yarasız olan bu bina hər başımıza uça bilər".
 
Binada yaşayan digər sakin isə bildirib ki, hər dəfə yaşış yağanda binanın ətrafı gölməçə olur: "hər dəfə yağış yağanda binanın zirzəmisini su basır ətrafı isə gölməçəyə çevrilir. Qış və payız aylarında evə girib-çıxa bilmirik. Hər tərəfi su basır. Bəzən evimizin içinə qədər su dolur”.
 
Binanın daha bir sakini isə bildirib ki, çürümüş döşəmənin arasında ilanlar və zəhərli böcəklər evə grir: Dəfələrlə olub ki, yayda döşəmələrin arasılndan çıxaraq evə girən ilan və ya zəhərli böcəklər uşaqları sancıb. Yay olan kimi zirzəmilərdən su çəkilsədə rütubət və üfunət çəkilmir. Buna görə də zəhərli ilanlar və böcəklər evlərə girirlər”.
 
Sakinlərin sözlərinə görə, onlar binadakı təhlükəli vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problemlər aradan qaldırlmayıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirib ki, binanın qəzalı olması ilə bağlı sakinlərdən şikayyət ərizəsi daxil olub:
 
"Həmin binanın sakinləri Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Sakinlərin müraciətinə əsasən tərəfimizdən yaşayış binasına baxış keçrilib. Binanın mövcud vəziyyəti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat vermişik. Bizim verdiyimiz məlumat əsasında nazirliyin mütəxəsisləri tərəfindən binaya baxış keçrilib. Müəyyən araşdırmalar aparıldıqdan sonra binanın vəziyyəti haqqında yerində xüsusi akt tərtib edilib. Akta əsasən gələcəkdə hansı qərarın verilməsi də qurumdan asılıdır”.
 

OXŞAR XƏBƏRLƏR

Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu 2025" keçirilib.   Sfera.az Mili.az-a istina...

Bu ailələr ayda 100 manat ala bilər – Detallar

Azərbaycanda bəzi aztəminatlı ailələrə müavinət verilir.   Sfera.az Globalinfo.az-a istiadən xəbər verir ki, bu, ailənin ünvanlı sosial yar...

Azərbaycanda 3 yüksək vəzifəyə təyinat oldu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinat...

Azərbaycanlı müğənni villa qiymətinə təmirsiz ev ALDI

Müğənni Nəfəs maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, barəsində deyilən iddiaları təsdiqləyib.   Məlum olub ki, sənətçi kirayə ...

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna c...

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditl...