Ərzaq satınalmaları ilə bağlı qərara DƏYİŞİKLİK EDİLDİ

Ərzaq satınalmaları ilə bağlı qərara DƏYİŞİKLİK EDİLDİ
Baş nazir Əli Əsədov "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
 
Qərarlar "Dövlət satınalmaları haqqında” Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən hazırlanıb.

Qeyd edilən Fərmana uyğun olaraq "Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılıb. Elektron portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
 
Adıçəkilən Fərmana uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsullarının satınalınmasının "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə həyata keçirilməsi ilə əlaqədar satınalma şərtləri və bağlanılan müqavilə ilə bağlı, "Aqrar tədarük və təchizat” ASC-nin nizamnaməsinin layihəsində müvafiq dəyişikliklər edilir.
 
Eyni zamanda, satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin forması hazırlanıb.
 
Dəyişiklikdən sonra mikro və kiçik fermerlərin dövlət müəssisə və təşkilatlarının təchizatında iştirak imkanları genişlənəcək.
 
Paralel olaraq rəqabət mühiti təkmilləşdirildiyi üçün təchizat xərclərinin azaldılmasına imkan verəcək..  

OXŞAR XƏBƏRLƏR

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...