Motosikletlə yük maşını toqquşdu - Ölən var / FOTO

20:10 / 18.04.2022
1179
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az -a istinadən xəbər verir ki, Yevlax-Bərdə yolunda motosiklet yük maşını ilə toqquşub.
Nəticədə motosiklet sürücüsü, Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Tural Qasımov ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Report/