Türkiyədə mənzillər sürətlə bahalaşır – Son qiymətlər AÇIQLANDI

Türkiyədə mənzillər sürətlə bahalaşır – Son qiymətlər AÇIQLANDI
Türkiyə Mərkəzi Bankı fevral ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb.

Sfera.az xəbər verir ki, fevralda mənzil qiymətləri 96,4 faiz artıb. Bu, illik mənzil qiymət artımında yeni rekord hesab edilir. Yanvarda mənzil qiymətləri 77,36 faiz artmışdı.

Fevralda aylıq artım isə 13,5% təşkil edib.

Yeni tikililərdə bahalaşma sürəti daha yüksək olub. Belə ki, yeni tikilən mənzillərin dəyəri 102,2 faiz (2,02 dəfə) artıb. Təkrar mənzil bazarında qiymətlər isə 95,3 faiz (1,953 dəfə) yüksəlib.

Ən yüksək qiymət artımı İstanbulda qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, İstanbulda mənzil qiymətlərində artım 106,3 faiz (2,063 dəfə) olub. İstanbulda yeni evlərin qiyməti 114,6 faiz (2,146 dəfə), təkrar satışa çıxarılan mənzillərin qiyməti 107,6 faiz (2,076 dəfə) artıb.

Fevralın sonunda İstanbulda kvadrat metrin qiyməti 13 min 836 TL (950 dollar) olub.

Ankarada mənzillərin kvadrat metrin qiyməti 6 min 225 TL-yə (426 dollar), İzmirdə 10 min 61 TL-yə (689 dollar) yüksəlib.


Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...