Rusiyaya qoyulan neft sanksiyası Azərbaycana necə təsir edəcək? - PROQNOZ

Rusiyaya qoyulan neft sanksiyası Azərbaycana necə təsir edəcək? - PROQNOZ
Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketində Moskvadan neft almağı məhdudlaşdıran müddəlar da var. Bu barədə Ukrayna Prezident ofisi məlumat yayıb.

Maraqlıdır, bununla Azərbaycan neftinin ixracında və satış bazarında dəyişiklər ola bilər? Neftlə bağlı sanksiyalar ölkəmizə hansı formada təsirini göstərəcək? 
 
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya sanksiyalar paketində neftlə bağlı məhdudiyyətlərin tətbiqinin neftin qiymətinin artmasına gətirib çıxaracağını bildirib:

"Qazaxıstan neftinin Azərbaycan üzrərindən ixracında artım var və gələcəkdə bu, daha da artacaq. Gələcəkdə Rusiya neftindən imtina qiymətlərə də təsir edəcək. Belə ki, biz neftin qiymətində artımların olmasına şahidlik edəcəyik. Neftin bahalaşması isə Azərbaycanın xeyrinədir. 
Novorsisk limanından əvvəllər 85-90 faiz Qazaxıstan nefti  satılırdı. İndi isə Bakı-Tbilisi-Ceyhan kəməri üzərindən satış etmək mümkündür. Bizim boru kəmərimiz təqribən 50-60 faiz güclə işləyir. Bu səbəblə həmin göstəricini 90-95 faizə artırmaq olar. İndi təqribən 500-600 min barel civarında neft ixrac edilir. Qazaxıstan neftinin artım payı Azərbaycanın tranzit gəlirlərini artacaq”.

Ekspert neftin qiymətinin artmasının Azərbaycana xeyir edəcəyini deyib:

"Azərbaycan neft-qaz gəlirlərindən, xüsusilə də neft gəlirlərindən asılıdır. Neftin qiymətinin artması valyuta gəlirlərini artırır. Eyni zamanda makroiqtisadi göstəricilər və ÜDM göstəriciləri yaxşılaşır. Bu baxımdan neft qiymətinin artmasının Azərbaycan üçün yalnız faydası olacaq”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...

Leyla Əliyeva qızı ilə fotosunu paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ad günündə onu təbrik edənlərə təşəkkürünü bildirib. &nbs...