Mart ayında nə baş verib? - Azərbaycana neftdən çox qazandırdı...

Mart ayında nə baş verib? - Azərbaycana neftdən çox qazandırdı...
Bu ilin martında Azərbaycanın təbii qaz satışından gəliri neft satışından əldə edilən gəlirdən çox olub.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, martda neft ixracından gəlirimiz 736,1 milyon dollar olduğu halda, qaz satışından gəlirimiz 977,7 milyon dollar təşkil edib.

Martda qaz gəlirlərinin neft gəlirlərindən çox olması qaz ixracının artması və mavi yanacağın qiymətinin Avropada yüksəlməsi ilə bağlıdır.
Azərbaycan martdan başlayaraq spot müqavilələrlə də qaz satmağa başlayıb. Bu səbəbdən növbəti aylardan qaz gəlirlərinin neft gəlirləri ilə müqayisədə daha çox artması ehtimalı var.

Qaz gəlirlərinin sürətlə artması səbəbindən Azərbaycanın ixracında qaz gəlirlərinin payı da yüksəlir. Ümumi ixracda qaz satışından əldə edilən gəlirin payı yanvarda 26 faiz olmuşdusa, yanvar-fevralda 41,66 faiz, yanvar-martda 43,4 faiz təşkil edib.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR