264 milyard dolları var, amma evi yoxdur: İlon Mask xəsis olduğunu ilk dəfə təsdiqlədi

264 milyard dolları var, amma evi yoxdur: İlon Mask xəsis olduğunu ilk dəfə təsdiqlədi
"Tesla” və "SpaceX”in rəhbəri İlon Maskın son açıqlması eşidənləri təəccübləndirib.
 
Sfera.az bildirir ki, iş adamı evinin olmadığını və dostlarının boş otaqlarında qaldığını deyib. O, bu barədə TED konfransının sədri Kris Andersona müsahibəsində söyləyib. 

Maskın evlə bağlı açıqlaması uzun müddətdir ki, onun qənaətcil vərdişləri barədə şərhləri ilk dəfə təsdiqləmiş olub. İş adamı, həmçinin tətilə getmədiyini də qeyd edib.  O, vaxta qənaət etmək üçün təyyarəsi olduğunu bildirib.

Xatırladaq ki, İlon Mask 2020-ci ilin may ayında bütün aktivlərini satmaq niyyətində olduğunu və "ev sahibi olmayacağını" deyib. 2021-ci ilin avqustunda "Insider”, Maskın "SpaceX”dən 50 000 dollara kirayə götürdüyü kiçik bir prefabrik evdə yaşadığını açıqlayıb. Zaman-zaman Maskın sevgilisi olan Qrayms da müsahibələrinin birində, "bəzən yoxsulluq həddinin altında" yaşadığını və iş adamının hətta köhnə çarpayını dəyişməkdən imtina etdiyini deyib.
"Google”un həmtəsisçisi və o vaxtkı icraçı direktoru Larri Peys də, 2015-ci ildə Maskın bəzən Silikon Vadisini ziyarət edərkən, "Bu gecə harada qalacağımı bilmirəm. Sizə gələ bilərəm?”, tipli mesaj atdığını etiraf edib.

Qeyd edək ki, Maskın 264.6 milyard dollarlıq şəxsi sərvətinin böyük hissəsi onun "Tesla”dakı payına bağlıdır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Özü rus, xanımı ukraynalı Milli Qəhrəman - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib. &nb...

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...