Dövlətin bu sahədən gəliri 76 faiz artıb - Mikayıl Cabbarov AÇIQLADI

Dövlətin bu sahədən gəliri 76 faiz artıb - Mikayıl Cabbarov AÇIQLADI
"Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 6 milyon 371,3 min manat olub”.
 
Sfera.az xəbər verir ki, bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabından paylaşıb.

Nazir xatırladıb ki, ötən ilin birinci rübündə dövlət əmlakının icarəsindən 3,61 milyon manat, yəni cari dövrlə müqayisədə 2,76 milyon manat az vəsait daxil olmuşdu.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR