Azərbaycanın xarici ticarətində böyük saldo yaranıb: Son 12 ildə ilk dəfə

Azərbaycanın xarici ticarətində böyük saldo yaranıb: Son 12 ildə ilk dəfə
2022-ci ilin birinci rübü ərzində Azərbaycanın xarici ticarətində böyük müsbət saldonun yaranması qeydə alınıb.

Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk 3 ay ərzində ixracımız 7,98 milyard dollar olduğu halda idxalımız 2,93 milyard dollar təşkil edib. Buna görə də xarici ticarətdə müsbət fərq böyüyərək 5,05 milyard dolları ötüb.

Ticarətdə yaranan müsbət fərqin dəyəri idxalın dəyərindən 2,12 milyard dollar və ya 72,3 faiz çox olub ki, bu da son illərin rekord göstəricisi hesab olunur.
Müqayisə üçün bildirək ki, 2021-ci ilin birinci rübündə xarici ticarətdə müsbət saldo 1,61 milyard dollar, 2020-ci ildə 1,57 milyard dollar, 2019-cu ildə 1,35 milyard dollar olmuşdu.

Sonuncu dəfə xarici ticarətdə belə yüksək saldo 12 əvvəl müşahidə edilib.

Onu da bildirək ki, birinci rübün ixrac göstəricilərinə xam neft və təbii qazın dəyərinin gömrük orqanlarında rəsmiləşdirilən hissəsi daxil edilib. Yəni, faktiki ixrac daha böyükdür və növbəti aylarda ixrac məlumatlarına əlavə olunacaq.


Vasif
 

OXŞAR XƏBƏRLƏR

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...

Leyla Əliyeva qızı ilə fotosunu paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ad günündə onu təbrik edənlərə təşəkkürünü bildirib. &nbs...

Liderlərdən Xankəndidə həmrəylik nümayişi

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı ...