Məleykə Abbaszadə valideynlərə səsləndi: "Bu çox səhv yanaşmadır, çünki..."

Məleykə Abbaszadə valideynlərə səsləndi:
"İki il bundan əvvəl şagirdin 9-cu sinifdə hansı nəticələri varsa, 2 ildən sonra 11-ci sinifdə də həmin şagird maksimum 40% üstün nəticə göstərə bilər”.

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

Sədr bildirib ki, amma orta hesabla, şagird öz biliklərini 9-cu sinifdən 20% artıra bilər: "9-cu sinfə qədər şagirdlər riyaziyyat fənnini oxumayıbsa, 11-ci sinifdə onların nəticələri yaxşı olmayacaq. Bu ay bizdə bütün 9-cu siniflər imtahan verəcək. Biz bu imtahanların nəticələrini təhlil edəndə biləcəyik ki, iki il sonra bizim 11-cilərimiz hansı nəticəni göstərəcəklər. Kurslar və bəzi müəllimlər valideynlərə vəd verir ki, biz proqramın 70%-ni uşaqların mənimsəməsinə şərait yaradacağıq. Bu çox səhv yanaşmadır. Çünki uşaq 9-cu sinifdə proqramı 20-30% mənimsəyibsə, 11-ci sinifdə bunun 70% olması vədi inandırıcı deyil”. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Hacı Nuran AÇIQLADI: Onunla şəkil çəkdirməyin mistikası nədir? - VİDEO

Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran olub.   Xərçəng xə...

"iPhone" həvəskarlarına ÜZÜCÜ XƏBƏR: Bu modelin istehsalı dayandırıldı

"Apple"in çinli tərəfdaşları bölgədəki koronavirus məhdudiyyətlərinə görə "iPhone 14" istehsal cədvəlindən geri qalırlar.    ...

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.   Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov...

İşsiz olan şəxslərə MÜHÜM XƏBƏR - İşaxtaranların təxminən 80 faizi... VİDEO

"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev  belə d...

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu ...

Bakı Kiyevə neçə milyonluq yardım edib? - XİN

Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyan...