Azərbaycanda köhnə avtomobil BAĞLILIĞI - Bu maşınların idxalı artır - Ekspert SƏBƏBİNİ açıqladı

Azərbaycanda köhnə avtomobil BAĞLILIĞI - Bu maşınların idxalı artır - Ekspert SƏBƏBİNİ açıqladı
"Ölkəyə yenidən köhnə avtomobillərin gətirilməsi artıb. Şəhərdə gördüyünüz hər 25 maşından cəmisi 1-i təzədir, yəni yaşı 5 ildən çox deyil”.
 
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. S.Əliyev rəsmi məlumatlara istinadən qeyd edib ki, avtomobillərin 78 faizindən çoxunun istehsal tarixindən 10 il, 17 faizinin istehsal tarixindən 5-10 il, 4 faizinin istehsal tarixindən isə 5 ilə qədər vaxt ötür: "2016-cı ildə təzə, yəni istehsal tarixindən 5 ilə qədər vaxt keçən avtomobillərin payı 17 faiz idi. Əgər 5 il əvvəl hər 6 avtomobildən 1-i təzə idisə, son məlumata görə 25 avtomobildən biri təzədir.
 
Qısa müddətdə təzə avtomobillərin payının bir neçə dəfə azalması məhz köhnə avtomobillərin idxalının sürətlə artması və istifadə müddəti bitən avtomobillərin dövriyyədən çıxarılmaması ilə bağlıdır”. Ekspert xatırlatdı ki, son 30 ildə ölkəmizdə minik avtomobillərinin sayı bir neçə dəfə artıb. Onun fikrincə, artımın əsasən köhnə avtomobillər hesabına təmin edilməsi həm təhlükəsizlik baxımından, həm də atmosfer havasına atılan zərərli qazların miqdarının artması baxımından doğru deyil:
 
"Azərbaycanda 1990-cı ildə 260,2 min minik avtomobil olub. Son məlumata görə minik avtomobillərinin sayı 1,264 milyon ədədi keçib. Avtomobil sayının sürətlə artması hesabına hər 100 ailəyə düşən minik avtomobillərinin sayı 16-dan 60-a çatıb. Bunun nəticəsində isə 1 km şosse yollarına düşən avtomobillərin sayı 11-dən 80-ə yüksəlib”.
 
Vasif
Sfera.az






OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...