Rusiya üçün QORXULU SSENARİ: Hər şey bir anda olacaq - Qonşu ölkələr ilk addımı atdılar

Rusiya üçün QORXULU SSENARİ: Hər şey bir anda olacaq - Qonşu ölkələr ilk addımı atdılar
Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Maqdalena Andersson Stokholmda görüşərək NATO-ya üzvlük məsələsini müzakirə ediblər.
 
Sfera.az bildirir ki, liderlər ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlama veriblər. Marin bildirib ki, yaxın həftələrdə Finlandiyanın NATO-ya üzv olub-olmayacağına qərar veriləcək: 

"Biz bu prosesdən gələcəklə bağlı ümumi baxışları təhlil etmək və əldə etmək üçün istifadə edirik". 

NATO-ya üzvlüklə bağlı qərar vermək üçün dəqiq bir tarix verməyən baş nazir, "Ancaq proses kifayət qədər sürətli olacaq. Hər şey aylar yox, həftələr içində reallaşacaq”, - deyə əlavə edib.

Finlandiya hökuməti Rusiyanın Ukraynaya hücumlarından sonra ölkənin təhlükəsizlik strategiyasındakı dəyişikliklərlə bağlı "ağ kağız” adlanan təhlili bu gün parlamentə təqdim edəcək. Parlamentin yaxın həftələrdə NATO-ya üzvlüyü müzakirə etməyə başlayacağı gözlənilir. İsveçin baş naziri Andersson isə  "Bu, tariximizin ən mühüm dövrüdür. Təhlükəsizlik mühiti tamamilə dəyişdi. Biz İsveç, təhlükəsizliyimiz və sülh üçün nəyin yaxşı olduğunu düşünməliyik”, - deyə bildirib.

Digər tərəfdən, hərbi ekspertlərin fikrincə, hazırda Ukraynanın NATO-ya üzvlüyünə qarşı olan Rusiya üçün digər qonşu Finlandiyanın üzvlüyü ən pis ssenarilərdən biridir. NATO rəsmiləri hesab edirlər ki, Skandinaviya ölkələri üzvlük meyarlarının əksəriyyətinə artıq cavab verdikləri üçün onların alyansa qəbulu nisbətən sadə olacaq.

Xatırladaq ki, Rusiya uzun müddətdir qonşusu Finlandiyaya və digər şimal ölkəsi İsveçə NATO-ya qoşulmamaq barədə xəbərdarlıq edib. Lakin Putinin göstərişi ilə Ukraynada başlayan müharibədən sonra Moskvanın planı əks nəticə verib.


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...