Azərbaycanda tərəvəzlər niyə sürətlə bahalaşır? - TƏHLİL

Azərbaycanda tərəvəzlər niyə sürətlə bahalaşır? - TƏHLİL
Azərbaycanda ötən il olduğu kimi cari ildə də tərəvəzlərin qiymətində yüksək artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, mart ayı ərzində tərəvəzlərin dəyəri 6,5 faiz artıb.


Sfera.az bildirir ki, martda illik müqayisədə tərəvəzin nə qədər bahalaşdığı açıqlanmayıb. Lakin fevral ayındakı nəticələr göstərir ki, illik qiymət artımı ötən ayda da çox yüksək olub. Belə ki, fevralda tərəvəzlər 54,2 faiz bahalaşıbsa, martda qiymət artımlarının bir qədər də yüksəlmə ehtimalı böyükdür.


Bahalaşmanın əsas səbəbi ölkəmizdən tərəvəz ixracının artmasıdır. Azərbaycanda tərəvəz istehsalı daxili tələbatı ödəyəcək miqdardadır, hətta daha çoxdur. Son məlumata görə, tərəvəz istehlakı 1,65 milyon ton, istehsal isə 1,82 milyon ton olub. Göründüyü kimi, istehsal miqdarı daxili tələbdən 1,1 dəfə yüksəkdir.


Əgər belədirsə, o halda, tərəvəzlər niyə bahalaşır?


Bu halda tərəvəzlərin bahalaşmasının yeganə səbəbi ixracın ilbəil artmasıdır. Məsələn, 2011-ci ildə ölkəmizdən 65,8 min ton tərəvəz ixrac edildiyi halda, 2021-ci ildə 266,5 min ton tərəvəz ixrac olunub. On il ərzində tərəvəz ixracı 4,05 dəfə artıb.


2022-ci ilin yanvar-fevral ayları ərzində də ixracda artım dinamikası davam edib. İlin ilk 2 ayında ixrac miqdarı 39 faizdən çox artaraq 24,1 min tona yüksəlib. Yalnız 2 ayda ixracda 7 min tona yaxın artım qeydə alınıb.


Məlumatlardan görünür ki, Azərbaycan istehsal etdiyi tərəvəzin 15 faizini satır və yerdə qalan məhsul ölkəmizin daxili tələbatını ödəyə bilmir.


İxraca yönələn tərəvəzin miqdarının artması xarici bazarlarda qiymətlərin daha yüksək olması ilə bağlıdır. Bir qayda olaraq məhsullar ucuz bazarlardan daha yüksək qiymət olan bazarlara yönəlir. Nəticədə ixracı həyata keçirən bazarlarda qiymətlər artır və ticarətdə tarazlıq yaranır. Bu səbəbdən Azərbaycanda da tərəvəz qiymətləri artır.


Tərəvəz qiymətlərinin artmaması üçün yeganə yol ixracı artırmaqla bərabər yerli istehsalın daha çox artırılmasıdır. Son 10 ildə tərəvəz istehsalı 50 faiz artaraq 1,2 milyon tondan 1,82 milyon tona çatıb.


İstehsal miqdarı 620 min ton artsa da bu, tələbatı ödəyə bilməyib. Çünki bu dövrdə ixrac təxminən 210 min tondan çox, yerli istehlak isə 450 min tondan çox artıb və nəticədə balansda kəsir yaranıb.


İxracın artması əsas tərəvəz məhsulları olan pomidor, kartof, xiyar, kələm ixracının artması hesabına baş verdiyindən daxildə həmin məhsulların qiyməti sürətlə artıb.


Deməli, tərəvəz qiymətlərinin daha çox artmaması üçün ixracdakı artım nəzərə almaqla yerli istehsal daha çox artırılmalıdır. Bu halda daxili bazarda qiymət artımlarının səngiməsinin şahidi olacağıq.


Vasif

Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...