DİM imtahan cavablarını niyə gecikdirdi? – “Maliyyə azdır…”

DİM imtahan cavablarını niyə gecikdirdi? – “Maliyyə azdır…”
Dövlət İmtahan Mərkəzi (DİM) bir ay bundan öncə keçirilən buraxılış imtahanlarının nəticələrini ötən gün elan edib. 

Qurum açıqlayıb ki, gecikmə  kodlaşdırıla bilməyən, imtahan verənlər tərəfindən əl ilə yazılan sualların yoxlanılması ilə bağlı olub.

Sfera.az xəbər verir ki, Azərbaycan İternet Forumunun Prezidenti Osman Gündüz bu məsələyə münasibət bildirərək DİM-in maliyyə imkanlarının aşağı olduğunu deyib:

"DİM yoxlayanları identifikasiya etmək üçün biometrik texnologiyalardan da istifadə edib. Qurum yazı işlərinin yoxlanılması üçün öz resursları hesabına xüsusi proqram təminatı da hazırlayıb. Maraqlı məqam odur ki, DİM bu proseslərə nə qədər texnologiya tətbiq etsə də, emal prosesini sürətləndirə bilməyib. 

Fikrimcə bir aylıq proses kifayət qədər uzun bir zamandır.  Bildiyim qədər yazılı cavab tələb edən, yəni kompüterlər tərəfindən deyil, markerlər tərəfindən yoxlanılan sualların sayı 25-dir. Yəni belə qənaətə gəlmək olar ki, cəmi 25 suala görə DİM bir ay vaxt sərf etməlidir ki, cavabları təqdim edə bilsin. Buradan belə qənaətə gəlmək olar ki, bu prosesdə nələrsə düzgün qurulmayıb. İlk ağıla gələn variant odur ki, güman ki, DİM-in maliyyə imkanları yetərli deyil, DİM çox yüklənib və bu səbəbdən də daha az resursla, az sayda markerlərlə daha çox işlərin görülməsinə çalışırlar. Fikrimcə , belə yanaşma doğru deyil”. 

Ekspert yazılı sualların imtahandan çıxarılmasını daha uyğun görüb:

"DİM-in resursları yetərli deyilsə, hökumətə müraciət etməlidir ki, imtahanların daha çevik və effektiv formada təşkili üçün əlavə vəsaitlər ayırsın. Resurslar yetərli deyilsə və hökumətdən də vəsaitlər almaqda çətinliklər varsa, onda DİM müəyyən müddət üçün yazılı cavablar tələb edən suallardan imtina edib, onların əvəzinə kodlaşdırıla bilən açıq tipli testlər salması da vəziyyətdən çıxış yolu ola bilərdi.

İkinci diqqət cəlb edən məsələ odur ki, DİM İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 25 aprel tarixindən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək. Lakin maraqlıdır ki, imtahan verənlərin əlində cavab kartları yoxdur. DİM cavab kartlarını təqdim etməyib. Dəfələrlə bu haqda bildirmişik ki, bu doğru bir yanaşma deyil. Cavab kartlarının imtahan verənlərə təqdim edilməsi vacibdir və faydalıdır”.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...