Çin firmasından 10-dan çox şirkətə qarşı fırıldaqçılıq: Ucuz metal vədi ilə milyonlarla dolları ələ keçirdilər

Çin firmasından 10-dan çox şirkətə qarşı fırıldaqçılıq: Ucuz metal vədi ilə milyonlarla dolları ələ keçirdilər
Metalın bahalaşması Türkiyədə saxtakarlığa yol açıb.
 
Sfera.az bildirir ki, Çin firmalarından biri metalı bazar qiymətindən aşağı satmaq vədi ilə 3 türk şirkətini aldadıb. 

Türkiyənin Pekindəki Ticarət Məsləhət Ofisi tərəfindən Türkiyə İxracatçılar Məclisinə göndərilən xəbərdarlıq məktubunda metal qiymətlərinin artması səbəbindən bəzi türk şirkətlərinin aldadıldığı və zərər çəkdiyi bildirilib. Açıqlamada vurğulanıb ki, Çində bazar və ixrac qiymətləri dünya qiymətlərinə uyğundur, lakin son vaxtlar bir çox türk şirkətləri bazardan xeyli aşağı qiymət öhdəliyi ilə Çin şirkətlərinə nağd ödənişlər edib və ya iri miqyaslı avanslar verib.  Məlum olub ki, türk şirkətləri pul ödəsə də, məhsul ala bilməyib.

Əldə edilən məlumata görə, dələduzluğa məruz qalanların düşdüyü zərər milyon dollarla ifadə edilir. 

"Beijing Consultancy” fırıldaqçılıq hadisəsi ilə bağlı Çinin müvafiq Ticarət Palatasına hadisə barədə məlumat verib. Məlumata əsasən, 10-dan çox türk şirkəti Pekin Ticarət Məsləhət Ofisinə elektron məktub göndərərək çinlilərlə bağlı araşdırma aparılmasını istəyib. Rəsmi olaraq açıqlanmasa da, yaxın günlərdə Çin firması tərəfindən aldadılan türk şirkətlərinin sayının 10-u keçəcəyi bildirilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...