Bu gün güclü küləyin yaratdığı FƏSADLAR - Xəsarət alanlar var - FOTOLAR / YENİLƏNDİ

Bu gün güclü küləyin yaratdığı FƏSADLAR - Xəsarət alanlar var - FOTOLAR / YENİLƏNDİ
Bərdə şəhərinin mərkəzində və rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ziyan dəyib.

Güclü külək elektrik dirəklərini aşırıb, naqilləri qırıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb.
 
Külək üç nəfərin xəsarət almasına da səbəb olub.

***
 
Güclü külək Tərtər şəhər 2 saylı tam orta məktəbin dam örtüyünü atıb.
 
Külək, həmçinin, şəhərin Heydər Əliyev prospektində elektrik dirəklərini aşırıb.

S.Vurğun küçəsində isə ağac Atayev Elşən Sultan oğluna məxsus evin üzərinə düşüb.

 
***

Əsən güclü külək Ağdamda fəsadlar törədib.
 
Ədalət Quliyevə məxsus ticarət obyektinin dam örtüyünün uçması nəticəsində sahibkara küllü miqdarda ziyan dəyib.

Qeyd edək ki, bu gün günün ikinci yarsından başlayaraq Ağdam, Tərtər və Bərdə rayonlarında əsən külək ciddi fəsadlar törədib. Elektirik dirəklərinin aşması, naqillərin qırılması nəticəsində hələ də sözü gedən rayonların bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.

***

20:52
 
Güclü külək Gəncə şəhərində və ətraf rayonlarında bəzi fəsadlar törədib.
 
Sfera.az-ın məlumatına görə, Gəncə şəhərində bir neçə ağac aşıb. Oxşar hadisə yaxın rayonlarda da qeydə alınıb.
 
Güclü külək səbəbindən yaranmış toz avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb.
 
Daşkəsən rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti davam edir.
 
Qeyd edək ki, Gəncə şəhəri ərazisində aidiyyəti qurumların əməkdaşları küləyin daha hansı fəsadları yaratdığını araşdırırlar.


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...