ŞAD XƏBƏR! - Xərçəngin dərmanı tapıldı

ŞAD XƏBƏR! - Xərçəngin dərmanı tapıldı
Şad xəbər! Xərçəngin dərmanı tapıldı

Türk həkimindən böyük kəşf

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına Universitetin professoru Halis Süleyman xərçəng xəstəliyinin dərmanını tapıb.

Sfera.az-ın məlumatına görə, Ərzurum Atatürk Universitetində çalışan Həkim Halis Süleyman illərdir davam edən araşdırmasının nəticəsində mədə xərçəngi üçün dərman tapdığını bildirib. Halis Süleyman heyvanlar və xərçənglə bağlı araşdırma apardıqdan sonra mədə xərçənginin qarşısını yüzdə yüz alan dərman icad edib. Tibb dünyasında böyük dönüş yaradacaq bu kəşfin qaynağının nə olduğu açıqlanmır. Lakin deyilənə görə, bitkidən hazırlanmış bu dərmanın 1-2 il sonra insanlar üzərində sınaqdan keçiriləcəyi və tezliklə insanların istifadəsinə verilməsi planlaşdırılıb.

Kəşfi ilə bağlı həkim Halis bunları bildirib: "Əslində bu, bir bitkidir, ancaq adını hələ açıqlamırıq. Bu bitki heyvanlar üzərində sınaqdan keçirilib və xərçəngə qarşı təsirli olduğu aşkarlanıb. Bitkini qəbul edən heyvanların istər mədəsində, istər mədəaltı vəzisində olan bədxassəli şişin inkişafı dayanıb. Bitki xərçəng hüceyrələrini yüzdə yüz öldürür. Sağlam insan hüceyrlərinə toxunmur, yalnızca xərçəng hüceyrələrini məhv edir. Biz bu bitkinin faktor maddəsinin üzərindəki çalışmaları bitirdikdən sonra onu insanlar üzərində də sınaqdan keçirəcəyik".

İldə 1.5 milyon insanın təkcə mədə xərçəngindən öldüyünü deyən Halis Süleyman bu kəşfin yalnızca universiteti deyil, Türkiyəni də sağlamlıq sahəsində nömrə 1 edəcəyini düşünür./ailem.az/

OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...