Gəncədə evinə basqın edilən şəxs KİMDİR? - TƏFƏRRÜAT

Hadisə
11:09 / 09.04.2022
1859
Gəncədə evə basqın edən şəxs ev sahibinə xəsarət yetirib.
Sfera.az-a verilən məlumata görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Mənzilə girən naməlum şəxs və ya şəxslər ev sahibi Rəşid Abbasovun baş nahiyəsinə kəsici alətlə xəsarətlər yetiriblər. Daha sonra yaranan səs-küyə görə basqınçı və ya basqınçılar evdən qaçıblar. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı polisə məlumat verilib.
***
Evinə basqın olunan şəxslə bağlı yeni məlumatlar əldə olunub.
Sfera.az-a daxil olan məlumata görə, sözügedən şəxs Gəncə İmamzadə kompleksinin axundu Hacı Tahirin qardaşıdır
Qeyd edək ki, Hacı Tahirin digər qardaşı polis polkovnik-leytenantı Səməd Abbasov 2018-ci ildə Gəncə hadisələrində öldürlüb.
Gülər
Sfera.az