Xalq artistindən SƏRT AÇIQLAMA: “Sərvətim var”
Maqazin
20:30 / 11.08.2016
1149
Xalq artisti Faiq Ağayev həmkarlarına müraciət edib.
Sfera.az big.az-a istinadən xəbər verir ki, müğənni "Starlife" verilişində həmkarlarına üzünü tutaraq onun ayağını qazmaq istəyənlərə sərt cavab verib:
"Azərbaycanda bunu ilk dəfə mən etdim deyirlər. Bunu bilirsiniz kim deyə bilər? Bakı Kristal Zalında solo konsert edənlər. Heç kim bir mahnı ilə gəlib mən sənətkaram deyə bilməz. Bu ağılsızlıqdır. İndi müğənni çoxdur, amma artist azdır, elə dərd də odur. Artist sadəcə mahnı oxuyan deyil, artist o mahnının obrazını yaşayandır. Mən bu həyatda elə bir iş görməmişəm ki, bundan öncəki işlərim bağlansın. Mənim ayağımın altını necə qaza biləcəksiniz? Necə edəcəksiniz? Mənim ayağımın altında sərvət var".