Doqquz yaşlı qız kolbasadan zəhərlənərək öldü

Hadisə
10:31 / 08.04.2022
906
Saatlı rayonunda uşaq zəhərlənib.
Sfera.az-ın məlumatına görə, zəhərlənən M.F. 2013-cü il təvəllüdlüdür.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, azyaşlı qız kolbasadan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)