Reyqanın qızı Trampı tənqid etdi

Reyqanın qızı Trampı tənqid etdi

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın qızı Petti Devis çoxmənalı şərhlərinə görə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı tənqid edib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Petti Devis tənqidi fikirlərini "Facebook”dakı səhifəsində yazıb.

 

Tramp avqustun 9-da tərəfdarları qarşısında çıxış edərək deyib ki, onun opponenti - demokrat Hillari Klinton ABŞ Konstitusiyasının ikinci düzəlişini ləğv etmək istəyir. Bu düzəliş vətəndaşlara sərbəst şəkildə silah daşımaq hüququ verir.

 

"İkinci düzəlişin tərəfdarları nəyisə bacaracaqlar, mən bilmirəm”, - respublikaçı bildirib.

 

Çoxsaylı müşahidəçilər bildiriblər ki, Tramp Hillari Klintonu öldürməyi təklif edib.



OXŞAR XƏBƏRLƏR