"Azəriqaz"ın əməkdaşını döyən şəxs həbs olundu

"Azəriqaz"ın əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanılıb, döyən şəxs həbs olunub.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, aprelin 5-də saat 16.30 radələrində "Azəriqaz" İstehsalat Birliyində çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-yə müraciət edib.

O, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib. Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb.

Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə baş zərbəsi endirib. Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət alıb. O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.

A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi RPİ əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilib və barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...