Buraxılış imtahanları keçirildi, 13 nəfərin nəticəsi ləğv edildi

Buraxılış imtahanları keçirildi, 13 nəfərin nəticəsi ləğv edildi
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə,imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda (2-ci səhifə) tanış ola bilərsiniz.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 47 726 nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin aprelin 10-dək elan olunması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...