Dünyada ərzaq qıtlığı riski artır – Hansı məhsullarda idxaldan asılılığımız yüksəkdir?

Dünyada ərzaq qıtlığı riski artır – Hansı məhsullarda idxaldan asılılığımız yüksəkdir?
Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq qiymətlərinin sadəcə artmasına deyil, həm də məhsulların qıtlığının yaranmasına səbəb olur. Əgər mövcud vəziyyət daha bir neçə ay davam edərsə, ərzaq qıtlığı problemi bir qədər də dərinləşəcək.
 
Yaranmış vəziyyətdə ən çox əziyyəti əsas ərzaq məhsullarının təminatında idxaldan asılı olan ölkələr çəkəcək. Ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksək olan ölkələrdə isə ciddi çətinlik yaşanmayacaq.
 
Bəs, bu baxımdan Azərbaycanda vəziyyət necədir? Azərbaycan əsas ərzaq məhsulları ilə özünü hansı səviyyədə təmin edə bilir?
 
Ərzaq məhsulları 2 qrupa bölünür: Kənd təsərrüfatı məhsulları və sənaye emalından keçən məhsullar.
 
Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəkdir.
 
Özünütəminetmə səviyyəsi bitkiçilik məhsullarından meyvə və giləmeyvələrdə 116 faiz, tərəvəzlərdə 110 faiz, bostan məhsullarında 101 faizdir.
 
Əsas tərəvəzlərdənkartofla özümüzü 90 faiz, baş soğanla 103 faiz, pomidorla 131 faiz təmin edə bilirik. Kartofla təminatı ödəmək üçün İran, RusiyaGürcüstandan idxal həyata keçirilir.
 
Əsas bitkiçilik məhsullarından olan buğda ilə təminat isə yaxşı vəziyyətdə deyil. Yerli istehsal hesabına buğdanın 57 faizini ödəyə bilirik, qalanını xaricdən (Rusiya və Qazaxıstan) alırıq.
 
Buğdadan başqa taxıl məhsullarından qarğıdalının 15 faizini, vələmirin 14 faizini idxal edirik. Arpa ilə təminatda idxaldan asılılığımız yoxdur.
Heyvandarlıq məhsullarından yalnız yumurta ilə özümüzü 100 faiz təmin edirik, qalanını idxal hesabına ödəyirik.   
 
Qoyun və keçi əti ilə təminat da nisbətən yaxşıdır. Bu məhsulların cəmi 3 faizini xaricdən alırıq. Əsasən Gürcüstandan qoyun və keçi idxalı həyata keçirilir.
 
Əsas heyvandarlıq məhsulu mal ətidir. Mal ətinin 87 faizini yerli imkanlarla ödəyirik, qalan hissəni Gürcüstandan idxal etməklə təmin edirik.
 
Quş ətinə olan tələbatın 80 faizini yerli istehsal hesabına ödəyirik. Azərbaycan quş ətinin digər hissəsini Rusiya, Ukrayna və Belarusdan alır.  
 
Süd və süd məhsullarının 84 faizini, balıq və balıq məhsullarının 82 faizini yerli istehsal məhsulları ilə təmin edirik.
 
Azərbaycan qida sənayesi inkişaf etsə də təəssüflər olsun ki, bir çox əsas məhsulla təminatı idxal olmadan həyata keçirmək mümkün deyil.
 
Sənaye məhsullarından meyvə-tərəvəz şirələri, çörək, marqarin, duzla özümüzü 100 faiz təmin etmək imkanına sahibik. Bunlardan başqa unla (96 faiz), qatıqla (95 faiz), mineral sularla (96 faiz) özünütəminetmə səviyyəsi yüksəkdir.
 
Amma düyü(14 faiz), şokalad (31 faiz), bitki yağları (35 faiz), qənnadı məmulatları (40 faiz), makaron məmulatları (42 faiz) və çayla (46 faiz) təminat çox pisdir. Kərə yağı (63 faiz) və şəkərdə (70 faiz) də vəziyyət qənaətbəxş deyil.
 
Beləliklə, hansı məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəkdirsə, həmin məhsullar üzrə qıtlıq yarandıqda təminatda çətinlik yaranmayacaq. Amma digərlərində təminat probleminin yaranması, qiymətlərin yüksəlməsi ehtimalı var.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...