Şimali Koreya “naməlum raket” atdı

Media
13:24 / 24.03.2022
1364
Şimali Koreya bu səhər şərq sahillərinə doğru "naməlum obyekt”i sınaqdan keçirib.
Turan Rzayev
Sfera.az xəbər verir ki, bu barədə "Yonxap" agentliyi məlumat yayıb.
Ordu rəsmiləri, "naməlum obyekt”in uzun mənzilli raket, böyük ehtimalla qitələrarası ballistik raket olduğunu düşünür. Yaponiya hökuməti də sınaqda ballistik raket ola biləcəyini açıqlayıb.