FED faizləri sürətlə artıracaq

Media
19:01 / 22.03.2022
1689
ABŞ mərkəzi bankı (FED) yüksək inflyasiyanı cilovlamaq üçün faizləri daha böyük templə artıra bilər.
Sfera.az xəbər verir ki, FED rəhbəri Cerom Pauel bununla bağlı açıqlama verib. 2022-ci ildə ABŞ-da inflyasiyanın son 40 ilin ən yüksək səviyyəsinə çatdığını xatırladan Pauel növbəti faiz artımlarının daha böyük olacağını vurğulayıb.
O lazım gələcəyi təqdirdə faizlərin ənənəvi 25 baza bəndi əvəzinə 50 baza bəndi artırılacağını söyləyib.
Bir neçə gün öncə FED faizləri 25 faiz bəndi artıraraq 0,25-0,5 səviyyəsinə çatdırıb. Bu il ərzində FED-in daha bir neçə dəfə faiz artıracağı gözlənilir. Növbəti qərarlarda faizlərin daha böyük sürətlə artması istisna edilmir.
FED rəhbəri balansdakı təxminən 9 trilyon dollarlıq aktivdən də xilas olacaqlarını bildirib. O bu prosesin maydan başlanacağını deyib.
Vasif