Türkiyədə mal əti 48 faiz bahalaşdı – YENİ QİYMƏTLƏR

Türkiyədə mal əti 48 faiz bahalaşdı – YENİ QİYMƏTLƏR
Türkiyənin Ət və Süd Təşkilatı (ESK) mal ətinin yeni qiymətlərini müəyyənləşdirib. Qərara əsasən ət qiymətləri 48 artırılıb. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, ən ucuz mal ətinin qiyməti 56 lirədən 83 lirəyə (9,55 manat), ən baha ətin qiyməti isə 154 lirədən 228 lirəyə (26,22 manat) qaldırılıb. 

Qeyd edək ki, Türkiyədə ətin qiyməti heyvanın bədən hissələrinə uyğun dəyişir və ümumilikdə 6 qiymətdən ibarətdir. Türkiyədə mal ətinin orta qiyməti 145 lirə (16,67 manat) olub. 

Qardaş ölkədə ət qiymətlərinin artmasına lirənin davamlı ucuzlaşması, taxılın bahalaşması ilə əlaqədar heyvan yemlərinin dəyərinin yüksəlməsi və yanacağın qiymətinin artması təsir edib. 

Vasif

OXŞAR XƏBƏRLƏR