Müsəlmanlara qarşı soyqırım törədilib – ABŞ rəsmən elan etdi

ABŞ Myanma ordusunun Rohinca müsəlmanlarına qarşı törətdiyi cinayətləri "soyqırım” kimi tanıyıb.
Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Antoni Blinken qərarı ictimaiyyətə açıqlayıb. O, bundan əvvəl iki dəfə Myanmada soyqırım olub-olmaması ilə bağlı bir qərara gələ bilməyəcəyini bəyan edib.
Qeyd edək ki, əhalisinin əksəriyyəti buddist olan Myanmada Rohinca müsəlmanlarına vətəndaşlıq verilməyib. 2014-cü ildə onlar siyahıyaalmadan da çıxarılıb.
2017-ci ildə Myanma ordusunun başlatdığı hərbi əməliyyatdan sonra yüz minlərlə Rohinca müsəlmanı ölkəni tərk etməli olub. Əməliyyatın ilk ayında 6000-dən çox insan öldürülüb. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu istiqamətdə istintaqa icazə verib.
ABŞ-ın qərarından sonra beynəlxalq ictimaiyyətin gözündə Myanmaya təzyiqlərin artacağı gözlənilir.
Əzizə Zeynal